Azərbaycan millisinin təlim-məşq toplanışına “Qarabağ”ın 9 futbolçusu - Emil Balayev, Maksim Medvedev, Rahil Məmmədov, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Qara Qarayev və Toral Bayramov dəvət alıblar.
Milli komandada ən çox futbolçu ilə təmsil olunan klub "Qarabağ"dır.
Yığmamız mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, iyunun 6-da isə Moldova milli komandası ilə yoldaşlıq oyunu keçirəcək.