"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə "Arsenal"ın qonağı olacaq. Komandamız bu gün bu matçın hazırlıqlarını tamamlayacaq. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) futbolçularımız qarşılaşmanın keçiriləcəyi "Arsenal Stadionu"nda son məşqə çıxacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov son məşqdən 30 dəqiqə öncə isə media mənsublarının suallarını cavablandıracaq.
"Qarabağ"ımız bu gün "Arsenal"la oyunun hazırlıqlarını tamamlayacaq
Paylaşılma tarixi: 1 yanvar, 2015