Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Keşlə"ni qəbul edib. Oyuna sürətli başlayan komandamız matçın 5-ci dəqiqəsində Mahir Mədətovun möhtəşəm zərbəsiylə hesabı açıb. 21-ci dəqiqədə isə rəqib hesabı bərabərləşdirə bilib və ilk hissə bu hesabla başa çatıb. İkinci hissəyə sürətli başlayan komandamız 50, 53 və 55-ci dəqiqələrdə 3 qol vurub. İlk olaraq Ozobiç qarşısıalınmaz zərbəylə hesabı 2:1 edib. Daha sonra Mədətov qapıçıyla təkbətək qalıb və topu qapıçının başı üzərindən tora qovuşdurub. Komandamızın dördüncü qolunu isə Abdullah Zubir vurub. Matçın 78-ci dəqiqəsində isə Mədətov daha bir möhtəşəm qolla het-trikini rəsmiləşdirib və hesabı 5:1 edib. Matç bu hesabla da başa çatıb.
19:00. “Qarabağ” – “Keşlə” - 5:1
Qollar: Mahir Mədətov, 6 (1:0), Slavik Alxasov, 21 (1:1), Filip Ozobiç, 50 (2:1), Mahir Mədətov, 53 (3:1), Abdullah Zubir, 55 (4:1), Mahir Mədətov, 78 (5:1)
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika stadionu