"Qarabağ"ımız UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində sabah Cənubi Kiprdə Norveçin "Molde" klubunu qəbul edəcək. Komandamız bu gün matçın keçiriləcəyi "AEK Arena"da oyunöncəsi son məşqinə çıxıb. Yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 20:30) start götürən məşq təxminən 1 saat davam edib.