Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının 2020-21-ci illər mövsümündə ilk oyununa çıxıb. Komandamız "Azərsun Arena"da "Sabah"ı qəbul edib. İlk dəqiqələrdən oyuna nəzarəti alan komandamız istəyinə ilk hissənin son dəqiqəsində çatıb. Maksim Medvedev cinahdan ötürməsini Mahir Emreli dəqiq tamamlayıb. Komandamız matçın 68-ci dəqiqəsində hesabı 2:0 edib. Ozobiçin möhtəşəm ara ötürməsindən sonra Mahir Emreli qapıçını da keçərək topu qapıya göndərib və dublunu rəsmiləşdirib.

22 avqust (şənbə)

20:00. “Qarabağ” – “Sabah” - 2:0
Qollar: 
Mahir Emreli, 45,58
“Azersun Arena”