Növbəti mövsüm üçün hazırlıqların ilk mərhələsinə start verən "Qarabağ"ımız klubumuzun bazasında məşqlərini davam etdirir. Komandamız Bakı toplanışını yoxlama oyunu ilə başa vuracaq. "Qarabağ"ımız iyunun 15-də "Azərsun Arena"da "Səbail"i qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, komandamız iyunun 18-i Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsinə start verəcək.