Hazırlıqlarını Türkiyədə davam etdirən komandamız  bugünlərdə xoş xəbər alıb. Belə ki, `Qarabağ`ımızdan  İlqar Qurbanov və Vüqar Nadirov  həyatlarında ilk dəfə atalıq sevincini yaşayıblar.  Hər 2 futbolçumuzun oğlu dünyaya gəlib. `Qarabağ` ailəsinin yeni üzvlərinin adları da artıq məlumdur.  Vüqar oğluna  atasının,  Azərbaycanın milli qəhrəmanı,  `general ləqəbli Ərşadın adını verib. İlqarın körpəsi isə igidliyi ilə ad çıxarmış Gəncə xanı Cavad xanın adını daşıyacaq.
Hər iki övladımıza ailələrinə, xalqına, vətəninə xeyirli övlad olmağı diləyirik.