Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə komandamızın mümkün rəqibləri də bəlli olub.

 

“Qarabağ”ın “Linkoln”la II təsnifat mərhələsindəki cütünün qalibi növbəti raundda "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) matçlarının güclüsü ilə qarşılaşacaq. Komandamız tur adlasa, növbəti raundun ilk görüşünü evdə keçirəcək.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 6-7-də və 13-də keçiriləcək.