Bu günlərdə Türkiyənin Van şəhərində baş vermiş zəlzələdən zərər çəkən insanlara kömək məqsədilə başlanan yardım kampaniyası davam edir.

Qol.Az-ın məlumatına görə, «Qarabağ» Futbol Klubunun prezidenti Abdolbari Goozal da nəcib və insani hərəkata qoşularaq Van bölgəsindəki insanlarınn ehtiyacı üçün 500 min dollar yardım edib.