AFFA-nın inzibati binasında 2012-2013 mövsümü üçün ölkə kubokunun püşkatma mərhələsi keçirilib. Yarışa 1/8 finaldan başlayacaq `Qarabağ`ımızın rəqibi `Qala` - `Kəpəz` cütlüyünün qalibi olacaq. 28 Noyabrda keçiriləcək mərhələ tək oyundan ibarət olacaq və `Qarabağ`ımız səfərdə çıxış edəcək. `Qarabağ`ımız mərhələ keçəcəyi təqdirdə ¼ finalda `Qəbələ` - `Qaradağ Lökbatan` - `Lokomotiv` cütünün qalibi ilə qarşılaşacaq.  Bu mərhələ 2 görüşdən ibarət olacaq.