UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" Kiprin AEL klubunu qəbul edib.
Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 87-ci dəqiqədə Kadi Borjes vurub.
Qələbə sayəsində komandamız pley-offa yüksəlib. "Qarabağ" bu mərhələdə Şotlandiya təmsilçisi "Abderdin"lə qarşılaşacaq.