Bu yaxınlarda Naci Şensoyu dəvət etmək istəyən “Qarabağ” onun “Turan”da qalacağı məlum olduqdan sonra başqa mütəxəssislərlə danışıq aparır. Klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov da bunu təsdiqlədi: “İndi bir çox məşqçilərlə danışıqlar gedir. əsasən əcnəbi məşqçilərə üstünlük verməyi planlaşdırırıq. Onların arasında türkiyəli mütəxəssislər də var. Məşqçimiz təyin olunduqdan sonra oyunçulardan qalan və gedənlərin adları və təlim-məşq toplanışlarının vaxtları da bəlli olacaq”.