Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda komandamızın baş məşqçisi Qurban Qurbanov ilin baş məşqçisi seçilib. 67 jurnalistin qatıldığı sorğuda baş məşqçimiz 58 səs toplamaqla birinci olub.

 

Komanda.az-ın bu sorğusu 12-ci ildir ki keçirilir və Qurban Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.