Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və Bakı Avropa Liseyi “İdman və Sülh” devizi ilə tədbir keçirib.

 

Tədbirdə baş məşqçimiz Qurban Qurbanova UEFA Avropa Konfrans Liqasında “Marsel”lə oyundakı jestinə görə feyr-pley mükafatı təqdim edilib.

 

Bundan əlavə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və “Ədalətli Oyunlar” komissiyasının sədri, dünya və Avropa çempionu Xəzər İsayev Qurban Qurbanova xüsusi mükafat təqdim edib.