Rəşad Sadıqov ikinci dövrədən “Qarabağ”a kömək edə biləcək (qol.az)
Paylaşılma tarixi: 1 yanvar, 2015
Uzun müddətdir zədədən əziyyət çəkən Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov artıq tam sağalıb və növbəti turlardan etibarən komandasına kömək edə biləcək. Bu məlumatı Qol.Az-a Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, Sadıqovun hətta cümə günü “Turan”la keçiriləcək qarşılaşmada çıxış edəcəyi gözlənilir: “Şükür Allaha, Rəşadın durumu yaxşıdır və kollektivlə birgə məşq edir. İkinci dövrədən etibarən isə oynamağa başlayacaq”.