Rubinslə yollar ayrıldı
Paylaşılma tarixi: 1 yanvar, 2015
`Qarabağ`ımız Andrey Rubinslə rəsmən yollarını ayırıb. Ötən mövsümdən `Qarabağ`ımızın şərəfini qoruyan 33 yaşlı latviyalı bu gündən etibarən komandamızın düşərgəsindən ayrılıb. `Qarabağ` Futbol Klubu Rubinsə verdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.