"Çelsi"nin ukraynalı hücumçusu Andrey Şevçenko karyerasını yenidən "Milan"da davam etdirəcək. 31 yaşlı furbolçunun "rossonyerlər"lə imzaladığı müqavilənin detalları barəda məlumat verilməyib.
Qeyd edək ki, Kiyev "Dinamo"sunun yetirməsi olan Şevçenko 1999-2006-cı illər ərzində "Milan"ın heyətində keçirdiyi 208 oyunda 127 qol vurub.
"Milan" həmçinin "Arsenal"ın isveçrəli müdafiəçisi Flipp Senderosu bir il müddətinə icarəyə götürüb.