Türkiyə futbolunun ən güclü fovardlarından Fatih Təkkənin gələcəyinə aydınlıq gəlib. Sabiq "Trabzonspor"lu hücumçu müqaviləsinin sonuna qədər "Zenit"də qalacağını bildirib. Bu isə 31 yaşlı hücumçunun daha 1,5 il Sankt-Peterburqda qalması deməkdir. Xatrıladaq ki, Fatihi Almaniyanın "Verder", "Herta" klubları istəyirdi.Adı çəkilən klublar Forvarda təxminən 4 milyon avro ödəməyə hazır olduğu söylənilirdi. Türkiyəli müqaviləsinin davam etdiyini və başqa məsələlər barəsində klub rəhbərliyindən soruşmalı olduğunu bildirib.
Təkkə Rusiyada qaldı
Paylaşılma tarixi: 1 yanvar, 2015