Klubumuz oyunçumuz Aleksey İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi  “Sabah” komandası ilə razılığa gəlib.


2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey komandamızla iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. 


Aleksey İsayevə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.