Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu İbrahima Vadji Fransanın "Sent Etyen" klubuna transfer olub.

 

Ötən mövsüm komandamıza transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!