Komandamızın futbolçuları Azərbaycan millisinin növbəti oyununda iştirak ediblər. Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Toral Bayramov və Aleksey İsayev Qazaxıstanla yoldaşlıq görüşündə start heyətində meydana çıxıblar.

 

Yığmamızın 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada qələbə qoluna futbolçumuz Toral Bayramov imza atıb. O, matçın 73-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

 

Bu, futbolçumuzun millidəki 23-cü oyununda 2-ci qolu olub. Komandamızın digər oyunçuları Bədavi 71-ci, Aleksey 22-ci, Elvin 21-ci dəfə yığma forması geyinib. Onlar hərəyə 1 qola imza atıblar.