İngiltərədə futbol bayramı davam edir. Yeni illə əlaqədar dünyanın əksər ölkələrində çempionatlar fasilə üçün dayansa da, adada məhz futbolla bayramı qeyd edirlər. Hesabat turunda premyerliqanın mərkəzi görüşündə `Aston Villa` `Liverpul`u` qəbul edib. Cari mövsüm əla çıxış edən birmingemlilərlə müqayisədə liverpullular haqqında heç də xoş sözlər söyləmək olmur. Güclü qar yağışı altında davam edən mücadilədə maraqlı mübarizə getsə də, sonda `qırmızı`lar istədiklərinə çatıblar. 93-cü dəqiqədə Torres vurduğu qolla həm `Liverpul`lu milada nikbin yollanmasına, həm də uzaqlaşdığı çempionluq mücadiləsini yenidən hiss etməsinə səbəb olub.

Maraqlıdı ki, bu qol ispanın `Liverpul` karyerasında 50-ci qol olmaqla yanaşı bu işi ən tez bacaran futbolçu kimi də tarixə düşdü.

 

İZLƏYİN...