TUR SENSASİYA İLƏ BAŞA ÇATDI...
Paylaşılma tarixi: 1 yanvar, 2015
Bu gün Azərbaycan Çempionatında III tura yekun vuruldu.
T.Bəhramov adına Respublika stadionunda "Bakı" Qusarın "Şahdağ" klubunu qəbul edirdi. Matçın 47-ci dəqiqəsində Həbib Ağayev turun sensasiyasına imza atdı. Məhz onun vurduğu qol matçda yeganə oldu və "Şahdağ" gözlənilmədən Bakıda eyniadlı klubu məğlub etdi.
Günün digər matçları belə nəticələnmişdir:
"Turan" 5 - 1 "MOİK"
"Gənclərbirliyi" 2 - 2 "Gəncə"