«Bursaspor» klubu Türkiyə çempionu olması münasibətilə «Qarabağ»ın ünvanladığı təbrik məktubuna cavab verib. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, «Bursaspor»un prezidenti İbrahim Yazıçının imzasıyla «Qarabağ»ın direktoru Əmrah Çəlikələ göndərilən məktubda klub başqanı «Qarabağ»a sevincləri paylaşdıqlarına görə təşəkkür edib.