`Ural`la oyunun başlama saatı..
Paylaşılma tarixi: 1 yanvar, 2015
`Qarabağ`ımızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Yanvarın 19-unda ilk rəqib `Ural` olacaq. Artıq Rusiya təmsilçisi ilə oyunun başlama saatı dəqiqləşib. Oyun məskunlaşdığımız `İC Santai` otelinin futbol meydançasında baş tutacaq. Görüşün başlama saatı yerli vaxtla 17:00-a təyin olunub.