Milli komandanın hücumçusu Vaqif Cavadov bu gün “Hilton Otel”də Türkiyəylə oyun öncəsi keçirilən mətbuat konfransında millimizin qarşıdakı oyunlarıyla bağlı fikirlərini açıqlayıb: “Türkiyə millisi ilə görüşdən yaxşı nəticə ilə Bakıya qayıdaraq, Uels millisinə qarşı var qüvvəmizlə oynamalıyıq. Rəsmi oyundakı rəqibimizin yaxşı komanda olmağına baxmayaraq, ümid edirəm ki, meydanı qələbə ilə tərk edəcəyik”.