"Qarabağ" FK martın 26-da Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq. Xeyriyyə məqsədi daşıyan oyun Bakı Olimpiya stadionunda baş tutacaq.

 

Matçın start fiti saat 20:00-da səslənəcək.

 

Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.