Azərbaycan Premyer Liqasının 20-ci turunda keçiriləcək "Zirə" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.

 

Qarşılaşmanı Rauf Cabarov idarə edəcək. Müslüm Əliyev və Cəmil Quliyev köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

 

Martın 19-u Zirə İdman Kompleksində keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.