Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə paytaxtımızda  baş tutan iclasda  Türkiyə, ("Beşiktaş", "Fənərbaxça", "Başakşehir")  İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva), "Lokomotiv" (Moskva), "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. İclasda  2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. Qeyd edək ki, klubumuzun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.

Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keçiriləcək, burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.