UEFA-nın baş katibi  David Taylorun dəvəti ilə quruma daxil olan milli assosiasiyaların baş katibləri Mançesterə toplaşacaq. Onlar səfər çərçivəsində  UEFA kubokunun “Zenit” (Rusiya) – “Reyncers” (Şotlandiya) komandaları arasında keçirilən final oyununu izləyəcək,  futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar. AFFA-nı  tədbirdə təmsil etmək üçün baş katib Elxan Məmmədov  bu gün səfərə gedib.