Yanvarın 10-da Türkiyəyə yollanan “Qarabağ” mövsümün ikinci hissəsinin hazırlığını davam etdirir.

Komandamız Antalya şəhərində keçirilən təlim-məşq toplanışının ikinci gününü iki məşqlə tamamlayıb.

Futbolçular əvvəlcə fitnes çalışmaları ilə fiziki hazırlıqlarını gücləndiriblər, ardından isə stadionda toplu məşqlərdə taktiki və texniki bacarıqlarını inkişaf etdiriblər.