Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) açıqladığı dünyanın ən güclü çempionatlarının reytinq siyahısında böyük sıçrayış edib.
Altı ay öncə bu siyahıda 111-ci olan çempionatımız son reytinqdə 27 pillə irəliləyərək 84-cü yerdə qərarlaşıb.
Premyer Liqasımız ən güclü klublarımızın sayəsində 250 xala malikdir.
126 ən güclü çempionatın yer aldığı reytinq siyahısına İspaniya Primerosu başçılıq edir – 1283 xal. Braziliya 1057, Almaniya 1037 xala malikdir.