Əvəzedicilərin final mərhələsinin 3-cü turunun oyunları keçirilib. Ötən mövsümün qızıl və gümüş mükafatçıları - `Neftçi` və `Qarabağ` üz-üzə gəliblər. Lökbatan qəsəbə stadionunda baş tutan matçda tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb və tərəflər hərəyə bir xala razılaşıblar. Belədə xalını 27-yə yüksəldən komandamız liderliyi qoruyub. `Neftçi` isə 19 xalla 3-cü pillədə qərarlaşıb.
Əvəzedicilərin derbisində qol səsi çıxmadı
Published on: 27 mart, 2010