İMAMƏLİYEV "GÖYƏZƏN" MATÇINA HAZIR OLACAQ.(ÇEMPİON, 04.03.2005)
Published on: 1 yanvar, 2015
”Qarabağ” “Gənclərbirliyi” ilə oyunda aparıcı yarımmüdafiəçisi Emin İmaməliyev olmadan çıxmışdı. Futbolçu bundan qabaqkı turda “Karvan”la səfər matçında zədələnmişdi. İmaməliyevin özü bu barədə bunları söylədi: “Keçən görüşdə qasıq nahiyəmdən zədə aldım. Həkimlər məni müayinə etdilər və bu görüşə çıxmağa icazə vermədilər. Amma “Göyəzən”lə keçirəcəyimiz növbəti matça qədər zədəm sağalacaq və yəqin ki, o oyunda meydançaya çıxa biləcəyəm”. Ondan başqa, ağdamlıların digər zədəli oyunçusu Vadim Vasilyev də növbəti turda meydançaya çıxa biləcək. “Qarabağ”dan daha bir xəbər. Ağdam klubu serb Vladimir Roqanoviçlə müqavilə bağlayıb. 1979-cu ildə anadan olan müdafiəçi yaxşı fiziki göstəricilərə malikdir. Roqanoviç cari mövsümün sonuna qədər Ağdam klubuna məxsus olacaq.