UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" İsveçrənin "Sürix" klubunu qəbul edib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmada komandamız 3:2 hesablı qələbə qazanıb. Qollarımızı İbrahima Vadji (2) və Kadi Borges vurublar.

 

Cavab görüşü iyulun 27-də İsveçrədə baş tutacaq.