Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ımız növbəti oyununu keçirib. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın "Şerif" klubunu qəbul edib. Oyuna sürəli başlayan komandamız matçın 21-ci dəqiqəsində hesabı açıb. Xayme Romeroya qarşı cərimə meydançasında kobudluqdan sonra təyin olunan penalti zərbəsini Uroş Matiç hesabı açıb. İlk hissə komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. Oyunun 63-cü dəqiqəsində komandamız ikinci topu rəqib qapısından keçirib. Abdullah Zubirin ötürməsindən sonra Mahir Emreli topu qapıdan keçirib.

Oyunun 78-ci dəqiqəsində rəqib hesab arasında fərqi azaltsa da, yekun nəticədə komandamız 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.