`Qarabağ`ımız yenidən Türkiyəyə. Təlim-məşq toplanışının II mərhələsi üçün komandamız yenidən qardaş ölkəyə yollanır. İyulun 14-də Qızılcahamamda ilk mərhələni başa vuraraq geri qayıdan komandamız 3 günlük aradan sonra bu dəfə fərqli məkana gedir. Bakı – İstanbul reysiylə hərəkət edəcək komandamız sonuncu şəhərdən avtobusla Boluya hərəkət edəcək. Daha doğrusu komandamız Bolunun Gerede adlı qəsəbəsindəki `Essentepe` otelinə yollanacaq. İyulun 30-na kimi adı çəkilən məkanda məskunlaşacaq komandamız 13 günlük müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır.
Komandamız İyulun 30-da Ankara – Bakı reysiylə geri dönəcək.
`Qarabağ`ımız II təlim-məşq toplanışına
Published on: 1 yanvar, 2015