Bu gün Avropa Liqasının qrup mərhələsində yeni mövsümə start verilib. "Qarabağ"ımız qrup mərhələsinin ilk matçında səfərdə İsrailin "Makkabi" klubunun qonağı olub.  Oyuna sürətli başlayan meydan sahibləri əks- hücum sayəsində 10-cu dəqiqədə hesabı açıb. Bu qoldan sonra topa nəzarəti alan komandamız təhlükəli epizodlar yaratmaqda çətinlik çəkib. İlk hissə rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatb. İkinci hissədə də hər iki komanda hesabı dəyişməyə yaxın olub. Lakin ikinci hissədə də hesab dəyişməyib və qarşılaşma İsrail təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

I qrupu

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol:
 Yonatan Kohen, 10
Baş hakim: Con Biton (Şotlandiya)
Təl-Əviv. “Blumfeld” stadionu