Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulub. "Qarabağ"ımız bu turda Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edib. Oyuna sürətli başlayan komandamız matçın 31-ci dəqiqəsində hesabı açıb. Zubirin zərbəsini qapıçı dəf etsə də, dönən topu Mahir qapıya göndərib. Hücumlarının sayını artıran komandamız matçın 69-cu dəqiqəsində hesabı 2:0 edib. Xaymenin ötürməsini Zubir dəqiq tamamlayıb.
20:30. “Qarabağ” – “Neftçi” - 2:0
Qol: Mahir Emreli, 31, Abdullah Zubir, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu