Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə "Qarabağ"ımız bu gün "Sumqayıt"la yoxlama matçı keçirib. "Azərsun Arena"nın ehtiyat meydançasında baş tutan qarşılaşma 35 dəqiqəlik iki hissədən keçirilib və 1:1 hesabıyla başa çatıb. Komandamızın heyətində Maqaye Qeye fərqlənib.