Unibank Premyer Liqasının növbəti turunda, dekabrın 4-də  keçiriləcək "Qarabağ" - "İnter" oyunu Tofiq İsmayılov adına qəsəbə stadionunda keçiriləcək. Məlum olduğu kimi, Suraxanı qəsəbə stadionun qazonu yararsız vəziyyətə düşdüyünə görə komandamız tərəfindən təmirə bağlanmışdı. "Premyerliqa.Az"-ın klubun rəsmi saytına istinadən məlumatına görə, uzun sürən çalışmalardan sonra stadionun qazonu ideal vəziyyətə gətirilib.