“Qarabağ” futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib. Klubumuzla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb.
Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
2022-ci ilin yayından komandamızda çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.