Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın əsas vaxtında hesab açılmayıb. İlk görüş də qolsuz heç-heçə ilə bitdiyi üçün matçda əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib.
11 metrlik cərimə zərbələrində isə rəqib komanda 5:4 hesablı qələbə qazanıb.