`Qarabağ`ımız hazırlıqlarını davam etdirir.  Martın 3-də AZAL-ı qəbul edəcək komandamız günü tək məşqlə keçirib. Milli futbolçularsız hazırlaşan komandamız çalışmanı Şəfa stadionunda keçib. Komandamızın baş məşqçimiz Qurban Qurbanovun nəzarəti altında çalışıb. Çalışıdıcımız dünən Dubayda Azərbaycan-Fələstin matçını izlədikdən dərhal sonra paytaxta qayıdıb və bugün komandanın başında olub.