UEFA Avropa Liqasının II təsnifat mərhələsinin CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Hər
iki komanda üçün çox vacib oyundur. İlk matç heç-heçə yekunlaşıb. Cavab
qarşılaşmasında hər iki komanda qələbə qazanmaq istəyəcək. Rəqibin iddialı və həvəsli
görünməsi bizi daha məsuliyyətli olmağa vadar edir. Demək olar ki, eyni səviyyəli
komandalardır. İnanıram ki, azarkeşlər yaxşı oyun izləyəcəklər. Biz də yaxşı
matçlarımızdan birini keçirməyə çalışacağıq. Qalib gəlmək istəyiriksə, Bakıdakından
daha yaxşı oynamalıyıq”.
Qeyd
edək ki, iyulun 30-da Vasil Levski adına Milli Stadionda keçiriləcək CSKA –
“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.