“Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasında həftənin oyunçusu seçilib. Komandamızın 33 yaşlı fransalı yarımmüdafiəçisi pley-off mərhələsinin ilk oyunlarında ən yaxşı adına layiq görülüb.
O, “Qarabağ”ın “Braqa” ilə Portuqaliyada keçirilən matçında 2 qol və 1 assist müəllifi olub. Zubir UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə digər namizədləri qabaqlayıb. Abdullah "Qalatasaray"dan Mauro İkardi, "Milan"dan Ruben Loftus-Çik və "Benfika"dan Anhel Di Mariyanı geridə qoyub.
Qeyd edək ki, “Qarabağ” səfərdə 4:2 hesablı qələbə qazanıb.