Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

 

Nazir klubumuzun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex” (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

 

Klubumuzun vitse-prezidenti Fevzihan Aras cənab Nazirə zaman ayırdığı və işlərimizlə tanış olduğu üçün təşəkkür edib.

 

Görüşdə həmçinin AFFA-nın baş katibi Sərxan Hacıyev, GİN və hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak etmişdir.