Komandamızın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib. Qurban Qurbanovun yetirmələri Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.
Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azərsun Arena"da baş tutacaq.
Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək komandamız hazırlığını Avstriyada davam etdirəcək.