Bu gün səhər saatlarında Madrid `Real`ının prezidenti Ramon Kalderonun istefa verəcəyi ilə bağlı xəbərlər yayılmışdı. `Kral klubu`nun rəhbəri bu gün günorta saatlarında istefa qərarını açıqlayıb. Klubun Direktorlar Şurasının iclasında belə bir qərar verən Kalderonun getməsinə səbəb onun komandanın bu il üçün maliyyə sənədlərində saxtakarlıq etməsi olub.
Direktorlar Şurası komandaya rəhbərliyi müvəqqəti olaraq vitse-prezident Visente Baluda tapşırıb. Tezliklə `Kral klubu`nun yeni prezidenti seçiləcək
Kalderon getdi
Paylaşılma tarixi: 1 yanvar, 2015