"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlığın 10-cu gününü tək məşqlə başa vurub. Yerli vaxtla 17:30-da start götürən məşq təxminən 90 dəqiqə davam edib. Futbolçularımız isinmə hərəkətlərinin ardından taktiki tapşırıqları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.
Kamp gündəliyi -10
Paylaşılma tarixi: 1 yanvar, 2015